Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs olundu
21-01-2023, 13:02

Yanvarın 20-si Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

Bu barədə DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, cəhdin qarşısı alınıb: “Onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub”.





up