Bakıda polislər təcili yardım üçün yol açdı - VİDEO
19-01-2023, 15:47

Bakıda polis avtomobili ilə xidmət aparan əməkdaşlar təcili tibbi yardım maşınının yaxınlaşdığını gördükdə, ona kömək etmək məqsədi ilə yolu açmağa başlayıblar.

AZİNFORM.AZ xəbər verir ki, "Fiat Doblo" markalı 99-PS-390 dövlət qeydiyyat nişanlı Post Patrul Xidmətli avtomobili təcili yardım maşınının yaxınlaşdığını və sürücülərin ona yol vermədiyini gördükdə, sayrışan işıqları yandıraraq, səs siqnalı vasitəsilə digər nəqliyyat vasitələrinin yoldan çıxmasını təmin edib. Ardınca təcili tibbi yardım maşınını daha təhlükəsiz, boş zolaqlarla hərəkət etməsinə imkan yaradıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər polislərin bu hərəkətinə görə onlara təşəkkür ediblər.

Qeyd edək ki, təcili yardıma maşınına yol verməməyə görə, İnzibati Xətalar Məcəlləsində 3 bal və 100 manat olaraq cərimə nəzərdə tutulur.

Həmin görüntüləri təqdim edirik:





up