Qorxunc QƏZA: Təcili yardım maşını insanların üzərinə aşdı - ANBAAN VİDEO
18-01-2023, 22:29

Rusiyanın Tver şəhərində qorxunc qəza baş verib.

Belə ki, yolsuzluq avtomobili təcili yardım maşınına çırpılıb. Zərbənin təsirindən təcili yardım maşını səkiyə çıxıb və piyadaları vurub.

İlkin məlumata görə, bir nəfər ölüb, altı nəfər yaralanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.








up