Həmyaşıdları yeniyetmə qızı döyüb, yerdə sürüdülər – ANBAAN VİDEO
17-01-2023, 16:23

Türkiyədə bir qrup orta məktəb şagirdi parkda həmyaşıdı olan qızı döyüblər.

AZINFORM.AZ xəbər verir ki, hadisə Türkiyənin Ankara şəhərində baş verib.

Hadisə zamanı yeniyetmələr qızı döydükləri anları lentə alıblar. Hadisədən sonra həmyaşıdları tərəfindən döyülən qızın ailəsi zorakılıq edən şagirdlərdən polisə şikayət edib.

Qeydə alınan görüntülərdə zərərçəkmiş qızın saçından dartılaraq yerdə sürükləndiyi anlar aqressiv şagirdlər tərəfindən lentə alınıb. Görüntülərdə zorakılıqla yanaşı, alçaldıcı sözlər də eşidilir.

Hadisə ilə bağlı polis qrupları tərəfindən araşdırma başladılıb.





up