DİGƏR XƏBƏRLƏR
Kocaeli məhkəməsinin iki il əvvəl əlil 16 yaşlı qıza qarşı təcavüz edən şəxsi azad etməsi ciddi rezonans doğurub.
AZİNFORM.AZ xəbər verir ki, sevgilisinin atası tərəfindən zorlanan qızın ailəsi qərardan narazı olduğunu bəyan edib.
Qeyd edək ki, sevgilisinin atası onu idarə etdiyi mikroavtobusda əl -ayağını bağlayıb təcavüz edib. Məhkəmədə onun barəsində 18 il həbs qərarı çıxarılıb. Gənc qızın ailəsinin bu qərara qarşı üsyan qaldırarkən oğlanın gənc qıza “Şikayətçi olma, səninlə evlənəcəyəm” dediyi də bəlli olub. Ən dəhşətlisi odur ki, hadisə günü ata parka gedən gənc qıza oğlu ilə evlənmək istədiyini soruşub. Sonra onu mikroavtobusuna aparıb və orada təcavüz edib. Sonda gənc qızı mikroavtobusa mindiyi yerə qaytarıb.