ŞOK: Pişiklər asılaraq öldürüldü - POLİSDƏN AÇIQLAMA - FOTOLAR
9-01-2023, 22:08

Gəncə şəhərində pişiklər naməlum şəxslər tərəfindən asılaraq öldürülüb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə görüntülər baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilir ki, şəhərdə pişiklər ip vasitəsilə asılıb. Hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.

Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasimov baku.ws-ə açıqlamasında bildirdi ki, məsələdən xəbərdardılar. Hazırda hadisənin hansı ərazidə və kim tərəfindən edilməsi araşdırılır.






up