Diqqətsiz sürücü piyada keçidindən keçən cütlüyü vurdu - ANBAAN VİDEO
6-01-2023, 20:45

Polşada diqqətsiz sürücü piyada keçidindən keçən cütlüyü vurub. Xəsarət alan cütlük xəstəxanaya aparılarkən onların iti maşının altında ölüb.

AZİNFORM.AZ bildirir ki, Polşanın Plonsk şəhərində bədbəxt hadisə baş verib. Çərşənbə günü yerli vaxtla saat 18:30 radələrində avtomobil itləri ilə piyada keçidindən keçən cütlüyə çırpılıb. Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə 37 yaşlı kişi ilə 34 yaşlı qadının toqquşmanın təsirindən yola atıldığı, itin isə avtomobilin altında qalaraq öldüyü görülüb.

Polis qəzadan sonra araşdırma başlatarkən, adları açıqlanmayan yaralı cütlük xəstəxanada müalicə olunub.





up