22 yaşlı trans öldürüldü - FOTO
6-01-2023, 15:45

İzmirin Konak rayonunda cinsiyyətini dəyişdirdiyi iddia edilən Ece E. mübahisə zəminində boğazından bıçaqlanaraq öldürülüb.

AZİNFORM.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hadisənin ardından taksi ilə qaçan MF, polis tərəfindən 15 dəqiqə içində yaxalanıb.

Hadisə saat 03.30 radələrində Alsancak rayonu Kapitan Şərafəddin bəy küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. İddiaya görə, MF ilə trans olduğu iddia edilən Ece E. arasında naməlum səbəbdən mübahisə düşüb.

Müzakirə böyüdükcə MF Ece E.-nin boğazından bıçaqlayıb. Ece E. qanlar içində yerə yıxılarkən MF taksiyə minib qaçmağa başlayıb. Bu vaxt vəziyyəti başa düşən Ece E.-nin qonşuları polisə xəbər verib. Şübhəlinin taksi nömrəsini və getdiyi istiqaməti təsbit edən polis MF-ni 15 dəqiqə ərzində Torbalıda yaxalayıb.

Faktla bağlı istintaq hələ də davam edir.






up