DİGƏR XƏBƏRLƏR
İstanbulda qadın sürücü onu vurduğunu iddia etdiyi təcili yardım sürücüsünü bıçaqlayıb.
AZİNFORM.AZ xəbər verir ki, həmin anlar mobil telefonun kamerasına əks olunarkən qadın daha sonra onu videoya çəkən mətbuat nümayəndələrinə də hücum edib.
Təcili yardım sürücüsü və tibb bacısı hadisədən qorxaraq özlərini təcili yardıma maşınına qapadıb və polis qruplarının gəlməsini gözləyiblər.
Bu zaman hadisə yerindən keçən bir mətbuat mənsubunun kamera ilə çəkiliş aparmağa başlayıb. Qadın sürücü jurnalisin də üzərinə hücum çəkərək “mənə sataşdın” deyə qışqırmağa başlayıb.