Turistləri daşıyan gəminin batdığı QORXU DOLU ANLAR: 34 nəfər dənizə ATILIB- VİDEO
4-01-2023, 19:37

İndoneziyanın Bali adasında turistləri daşıyan gəminin batdığı anların videosu yayılıb.

Bali adası yaxınlarında kiçik gəmi ilə səyahətə qatılan turistlər dənizdə ölüm-dirim mübarizəsi aparıblar.

Gəmi 28 sərnişin və 6 heyətlə Balidəki Nusa Penida adasından Sanur limanına doğru yola çıxıb. Lakin sahilə çatmağa təxminən 25 dəqiqə qalmış göyərtəyə su dolmağa başlayıb. Gəmidə olanlar xilasedici jiletləri geyinərək bir-bir dənizə atılıblar.

Hər kəs xilas olunub.

Qorxu dolu anlar həvəskar kameralar tərəfindən çəkilib.





up