DİGƏR XƏBƏRLƏR
Özünü 13-cü mərtəbədən atıb öldürən gəncin kimliyi məlum olub.
AZİNFORM.AZ xəbər verir ki, 1998-ci il təvəllüdlü Məhəmməd Əmiraslanlı adlı gənc polis imiş.
Onun polis alayına yeni işə düzəldiyi və idmançı olduğu bildirilir.
Xatırladaq ki, hadisə Masazır qəsəbəsində yerləşən "Qəsr" yaşayış kompleksində qeydə alınıb.
M.Əmiraslanlı qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Bu zaman qadının əri zəng edib. Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qayınının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib.
Çarəsiz gənc eyvana lüt özünü çıxaraq 13-cü mərtəbədən atıb.
Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.