Bakıda yaşayış binasında yanğın başladı
29-12-2022, 11:05

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən AZİNFORM.AZ-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Nəsimi rayonu, Cavadxan küçəsində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.





up