Məşhur astroloqun ölümü ilə bağlı yeni TƏFƏRRÜATLAR – Təyyarə ilə qaçıb …
28-12-2022, 00:22

İstanbulda məşhur astroloq qadının ölümü ilə bağlı sevgilisinin qadının uşaqlarını oteldə qoyub təyyarə ilə xaricə qaçdığı məlum olub.

AZİNFORM.AZ xəbər verir ki, boğazındakı göyərmələr səbəbindən boğularaq öldürüldüyü ehtimal edilən qadının qiymətli əşyalarının da oğurlandığı müəyyən edilib.

Ötən şənbə günü saat 20:00 radələrində İstanbulda baş verən hadisədə Rusiyanın Yakutiya Muxtar Respublikasında yaşayan 8 və 11 yaşlı 2 uşaq anası, həm ingilis dili müəllimi, həm də astroloq Qalina Trofimovanın ərindən bir il əvvəl boşandığı iddia edilib. Gənc qadın 8 ay öncə İstanbula gəlib. Burada türk dilini öyrənmək üçün getdiyi dil kursunda bir kişi ilə tanış olan qadın İrandan olan sevgilisi Armin Əsgəri ilə yaşamağa başlayıb. Qalinanın maliyyə şirkətində işləyən bacısı Kristina Semyonova hadisə baş verən gün evə gedib.

Evə çatan bacısı qapını heç kim açmayınca çilingərin köməyi ilə sındırıb. Bacısını çarpayıda hərəkətsiz vəziyyətdə görən Kristina polisə xəbər verib. Hadisə yerinə gələn təcili yardım qadının öldüyünü müəyyən edib. Polislər isə Qalina Trafimovanın boğazında qançırlar olduğunu müəyyən ediblər. Polislər evdə olan qiymətli əşyalarının oğurlandığını da müəyyən ediblər.

Daha sonra polislər qadının birlikdə yaşadığı İran əsilli sevgilisi Armin Əsgəri ilə əlaqə saxlamağa çalışıb. Polisin apardığı araşdırmada həmin şəxsin hadisədən sonra  oteli tərk etdiyi müəyyən edilib. Həmin şəxsin ABŞ-ın Kaliforniya ştatının Malibu şəhərinə getdiyini müəyyən edilib. Şəxsin tutulması istiqamətində işlərin davam etdiyi açıqlanıb.






up