Aça bilmədikləri pulla dolu seyfi araba ilə apardılar – ANBAAN VİDEO
23-12-2022, 21:05

İstanbulda qəribə oğurluq hadisəsi baş verib. Araba ilə seyf oğurlayan şəxslərin görüntüləri sosial mediada gündəm olub.

AZİNFORM.AZ xəbər verir ki, şübhəlilərin aça bilmədikləri seyfi oğurladıqları anlar təhlükəsizlik kameralarına əks olunub.

Dekabrın 10-da polisə müraciət edən iş adamı Yaşar G. iş yerinə gəldiyi zaman içərisində 300 min lirə nağd pul və 20 min lirə dəyərində qızıl-zinət əşyaları olan seyfinin oğurlanmasından şikayətlənib. Oğurluq İdarəsinin başlatdığı araşdırmada, polis iş yerinin təhlükəsizlik kameralarını araşdırarkən, 4 oğrunun seyfi  arabaya yüklədiyi anların saniyə saniyə qeyd edildiyini görüb.

Polis şübhəlilərdən birini təsbit edib. Şübhəli Adnan K. polis tərəfindən yazalanıb. Asayiş Şöbə Müdirliyində sorğu-sual edilən Adnan K.-nın oxşar cinayətlərə görə 45 dəfə nəzarətə götürüldüyü müəyyən edilib. Digər 3 nəfərin də axtarışları davam edir.





up