Türk lirəsini unitaza atan fenomen hakim qarşısında - FOTO - VİDEO
23-12-2022, 20:22

Sosial media hesabında tualetə 100 lirəni atdığı anların görüntülərini paylaşan və 7 il 6 aya qədər həbs cəzası istənən sosial media fenomeni Mika Can Raun ilk dəfə məhkəmə qarşısına çıxıb.

AZİNFORM.AZ  xəbər verir ki, Anadolu 43-cü Asliye Cəza Məhkəməsində keçirilən iclasda Mika Can Raun və vəkili iştirak edib.

Təqsirləndirilən Mika Can Raun müdafiə çıxışında bunları deyib: “İndiyə qədər həyatımda heç bir siyasi davranışda olmamışam. Bu məqsədlə sosial mediada heç nə paylaşmamışam. İddia edilən hadisənin yanlış anlaşıldığını anlayanda artıq gec idi. Dərhal videonu silib hadisə ilə bağlı açıqlama verdim. Mənim Atatürkün xatirəsinə hörmətsizlik etmək kimi bir fikrim yoxdur. Dövlətin suverenlik nişanələrini təhqir etmək fikrində də deyiləm. Mən qətiyyən bu ittihamları qəbul etmirəm. İlk növbədə bəraət hökmünün çıxarılmasını istərdim”.

Məhkəmə müttəhim Mika Can Raunun məhkəmə nəzarəti tələbinin götürülməsinə qərar verərək, iclası təxirə salıb.

Qeyd edək ki, Mika Can Raunun “Atatürkün xatirəsini açıq şəkildə təhqir etmə” və “Dövlət suverenliyinin əlamətlərini təhqir etmə” cinayətlərinə görə 2 il 6 aydan 7 il 6 aya qədər həbs cəzası istənilir.






up