DYP zabitinin öldüyü qəzada maşın aşıbmış - FOTO
23-12-2022, 12:02

Ötən gecə Ağstafa rayonu ərazisində DYP zabitinin ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, hadisə saat 01 radələrində polis leytenantı Aqil Məqsəd oğlu Alıyevin idarə etdiyi “Hyundai Azera” markalı, 90 RT 533 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində baş verib.

Belə ki, Qazax rayon Polis Şöbəsinin DYP Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru A.Alıyevin sürdüyü avtomobil yoldan çıxaraq ağaclara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /qafqazinfo/

Vəfat edən polisin fotosunu təqdim edirik:






up