"Videoların yayılmasından xəbərim olmayıb"
21-12-2022, 22:50

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin həbsdə olan sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZİNFORM.AZ trend-ə istinadən xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən proses qapalı olub.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Zaur Mirzəyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, videoların yayılmasından xəbəri olmayıb.

Daha sonra məhkəmədə zərərçəkmiş qadın ifadə verib.

Xatırladaq ki, iş otağında lentə alınmış intim videoları yayılan polkovnik Z.Mirzəyev bu il avqustun 17- də saxlanılaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.





up