Rusiya ordusuna könüllü qoşulan azərbaycanlı iş adamı həlak oldu - FOTO
21-12-2022, 13:45

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb. O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.

Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.


 





up