3 nəfərin bank hesabından pul oğurlayan şəxslər saxlanılıb
21-12-2022, 10:50

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ayrı-ayrı vaxtlarda 3 vətəndaşın bank hesablarından müxtəlif məbləğlərdə pullarının çıxarılaraq oğurlanması barədə məlumatlar daxil olub.

Vətəndaşların bank hesabından pul oğurlayan şəxs saxlanılıb

DİN-in Mətbuat xidmətindən AZİNFORM.AZ-a verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vüsal Əliyev, Bakı şəhər sakinləri Adil Orucov və Müşviq Rəhimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.





up