Metropolitenin 28 may stansiyasında eskalatorlarən dayanması nəticəsində sıxlıq yaranıb.
Bu zaman metropolitenn əməkdaşları və sərnişinlər arasında yaranan mübahisə davaya çevrilib.
AZİNFORM.AZ xəbər verir ki, metropoliten rəsmisi Bəxtiyar Məmmədov Redaktor.az-a bildirdi ki, platformada ifrat yüklənmənin qarşısının alınması üçün eskalator meydançasından giriş qapılarına qədər tənzimləmələr həyata keçirilə bilər.
"Məhz 28 may stansiyasında da yüklənmənin qarşısını almaq üçün eskalator qısa müddətli dayandırılıb. Sərnişin müdaxiləsi nəticəsində eskalatorlardan digəri də dayanıb. 20 dəqiqəyə yaxın müddət keçib.
Ümumi götürdükdə bu gün sərnişin sıxlığı daha çox müşahidə olunur".
Qurum rəsmisi qeyd etdi ki, infrastruktur baxımından heç bir problem yoxdur.