Metroda telefon və pul oğurlayan şəxs tutuldu- FOTO
17-12-2022, 17:57

Polis əməkdaşları tərəfindən Bakı Metropoliteninin stansiya və vaqonlarında talama əməlləri törədən şəxs müəyyən edilib.

DİN-dən AZİNFORM.AZ-a verilən məlumata görə, iki və daha artıq sərnişinin mobil telefon və pulunu oğurluq və soyğunçuluq yolu talamaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Afiyəddin Kərimov saxlanılıb.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət etmələri tövsiyə olunur.

Metropolitendə Polis Şöbəsində araşdırmalar davam etdirilir.






up