DƏHŞƏTLİ HADİSƏ! "Ana evdə dostu ilə narkotik alveri edən oğlunu..."
14-12-2022, 20:28

Türkiyənin İstinyə bölgəsində dəhətli hadisə baş verib. Evdə dostu ilə narkotik alveri edən oğlu ilə 50 yaşlı Memnune Keleş arasında mübahisə yaranıb. 

AZİNFORM.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, 27 yaşlı oğlu Cihan Keleş ona söyüş, təhqirlə və bıçaqla hücum edib.  Bu zaman ana gənci ərinin tapançası ilə sinəsindən güllələyib. Ağır xəsarətlərlə evdən çıxan və bir neçə metr sonra yerə yıxılıb.

Ağır yaralanan Cihan Keleş əmisinin maşını ilə İstinye Dövlət Xəstəxanasına aparılıb. Dərhal əməliyyata alınan gənci bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.

Hadisədən sonra polis əməkdaşları evdə olanların ifadələrini alıb. Araşdırmalar zamanı qadının kiçik oğlu Bayram Barış Keleş cinayəti öz üzərinə almaq üçün böyük qardaşı Cihan Keleşi vurduğunu deyib. 

Onun ziddiyyətli ifadələrindən şübhələnən polis ətrafdakı təhlükəsizlik kamerası göüntülərini izləyib. Gəncin hadisə zamanı işlətdikləri Çiğköftə kafesində olduğunu müəyyən edib.

Bunun üzərinə hadisə zamanı evdə olmadıqlarını etiraf edən Bayram Barış Keleş və ata Mustafa Keleş analarının qardaşlarını güllələdiyini etiraf ediblər. /32gun.az/





up