Məşhur müğənni küçənin ortasında adam döydü - VİDEO
5-12-2022, 21:50

Rusiyanın Xalq artisti Qriqori Leps və onun mühafizəçisi Sankt-Peterburqda yerləşən barların birinin qarşısında naməlum kişini döyüblər.

Bunu əks etdirən görüntüləri “Fontanka” nəşri yayıb.  

Kadrlardan göründüyü kimi, naməlum kişi və məşhur artist bir-birinə hücum çəkir, bir qədər sonra davaya artistin mühafizəçisi qoşulur.

“StarHit” xəbər verir ki, sözügedən faktla bağlı cinayət işi açılıb. Q. Lepsi 40 min rubl (1100 manat) məbləğində cərimə və ya 4 ayadək həbs cəzası gözləyir.  

Zərərçəkmişin sözlərinə görə, içkili olan Q. Leps ondan 10 min dollarlıq mərc əsasında nərd oynamağı tələb edib və qarşı tərəfin imtina etməsi onu əsəbiləşdirib. Digər versiyası isə ondan ibarətdir ki, zərərçəkmiş özü içkili olub və Lepslə selfi etmək üçün onu bezdirib, bu isə sonda dava ilə nəticələnib.





up