Bakıda körpüdən aşan avtomobil yanıb
5-12-2022, 12:15
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Bakı şəhərinin Qaradağ rayonunda “Ford” markalı minik avtomobili körpüdən aşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, nəticədə avtomobil yanmağa başlayıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






up