Yevlaxda yataqxanada yanğın olub
4-12-2022, 11:06

Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.

AZİNFORM.AZ FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





up