Tovuzda iki avtomobil toqquşdu - Xəsarət alanlar var
29-11-2022, 10:47

Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, hərəkətdə olan "Mersedec" markalı minik maşını ilə "VAZ "markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxansına yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.





up