İstanbuldan Tiflisə uçan təyyarə məcburi eniş etdi
27-11-2022, 23:25

Türkiyənin İstanbul-Tiflis reysini yerinə yetirən "Peqasus" Hava Yollarına məxsus təyyarə pis hava şəraiti səbəbindən Ərzurumda eniş edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.

Meteroloqların məlumatına görə, hazırda Tiflisdə güclü külək əsir. Küləyin sürəti 17 m/s-ə çatır.





up