DİGƏR XƏBƏRLƏR
İsmayıllı rayonunda “Tinglik” adlanan ərazidə tapılan at və uzunqulaq ayaqları, eləcə də həmin heyvanlara aid digər tullantılarla bağlı yayılan söz-söhbət aidiyyəti qurumların da diqqətini cəlb edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZİNFORM.AZ-a bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının rayon ərazisində qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda üç fakt aşkarlanıb:
"Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunublar. Hazırda Polis Şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir”.