Türkiyədə baş vermiş cinayətin qandonduran detalları üzə çıxıb.
AZİNFORM.AZ "İxlas"a istinadən xəbər verir ki, Adıyamanda eşidənləri dəhşətə gətirən qətl hadisəsinə aydınlıq gəlib. 19 il əvvəl dünyaya gələn körpənin valideynləri tərəfindən öldürüldüyü üzə çıxıb.
Hadisə ilə bağlı ümumilikdə 8 şübhəli saxlanılıb. Valideynləri də daxil olmaqla 6 şübhəli həbs edilib.
19 il əvvəl Zeliha Ö. və Əziz Ö.-nin nikahdankənar körpəsi olub. Qaziantepdə özəl xəstəxanalardan birində dünyaya gələn 7 aylıq qız uşağı xəstəxanadan aparılsa da, əhalinin qeydiyyatı siyahısına aparılmayıb.
Xəstəxanadan çıxandan sonra körpəni heç kim görməyib. İddialara görə, ailə təzyiqi ucbatından körpə doğulan valideynləri tərəfindən öldürülərək basdırılıb.
Ana və ata sonradan ailə qurub, 3 övladı olub.
Təxminən 19 il gizlədilən qətl hadisəsi bir şəxsin Adıyaman İl Təhlükəsizlik Müdirliyinə verdiyi xəbərlə üzə çıxıb. Hazırda dəhşətli cinayətlə bağlı araşdırma davam edir.