Axtarışda olan 69 nəfər SAXLANILDI
26-11-2022, 11:35

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 69 şəxs saxlanılıb.

Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən AZİNFORM.AZ-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.





up