Bakıda mağazadan 24 minlik telefon belə oğurlandı - HADİSƏ ANI
22-11-2022, 19:36

Bakıda mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən AZİNFORM.AZ-a verilən xəbərə görə, Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib. Naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.

Səbail rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.






up