Lənkəranda naməlum şəxslər tərəfindən döyülən məktəblinin yaxınları danışdı - VİDEO
21-11-2022, 22:22

Lənkəran rayonu, Viyən kəndində döyülərək ağır vəziyyətdə olan məktəblinin yaxınları danışıb.

 "Xəzər Xəbər"ə danışan məktəblinin yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb, özü də ali məktəbə hazırlaşırmış.

"Axşam nənəsini xalası gilə yola saldıb evə qayıdıb. Daha sonra həyətdə uşaqlarla oynuyub. Sonra gedib və bir saat sonra qayıdanda qanlar içərisində olub".

Şagirdin ailəsi bu hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub və hazırda araşdırma aparılır.

Qeyd edək ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Daha ətraflı süjetdə:


20:40

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkəran rayonunda məktəbli döyülməsi ilə bağlı açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü İ.Q. ötən gün saat 22:57 radələrində ağır kəllə-beyin travması, təpə sümüyünün sınığı, alın və üz nahiyəsinin sivrilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

"Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Daha sonra pasiyent ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. İ.Q tibb müəssisəsində əməliyyat edilib, hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir".

AZİNFORM.AZ






up