Aktrisa Turanəni MAŞIN VURDU - VİDEO
20-11-2022, 16:11

Aparıcı və aktrisa Turanə Hüseynlini avtomobil vurub.

AZİNFORM.AZ xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

Turanə bildirib ki, İçərişəhərdə gəzdiyi zaman sürücü idarə etdiyi avromobili onun üzərinə sürüb və ayağını əzib.

"İçərişəhərdə avtomobil sürmə üsülları necə tənzimlənir bilmirəm, bir neçə dəqiqə əvvəl məni maşın vurdu. Təsəvvür edin, dar yoldur. Avtomobilin gəldiyini gördüm. Özümü divara sıxlaşdırdım ki, avtomobil keçə bilsin. Amma avtomobil üzərimə gəlməyə davam etdi və məni vurdu. Vurduqdan sonra mən əlimlə avtomobilin "kapot" hissəsinə bərk zərbə endirdim. Sürücü bundan şok keçirib, ayılan kimi oldu.

“Bağışlayın” söylədi. Belə bir şey etmək olar? Şokda qaldım. Əlim ağrıdı. Avtomobil dizimə vurdu. Birinci dəfə idi ki, belə bir hadisə ilə üzləşirəm", - deyə Turanə vurğulayıb. Qeyd edək ki, Turanə Hüseynli bu il "Altın Kelebek" mükafatlandırma mərasimində namizədlər sırasındadır.





up