İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZİNFORM.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza şəhər ərazisində qeydə alınıb.
Hadisə zamanı “Toyota” markalı avtomobil yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. O, hadisə nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, M.Əhmədov ehtiyatda olan zabitdir.