Ələkbər Yasamallının anası: "Düşmənin belə balasını elə vəziyyətə salmazlar"
11-11-2022, 22:19

“Rəşad Dağlıdan heç vaxt belə addım gözləməzdim. Düşmənin də balasını elə vəziyyətə salmazlar. Bizə çox pis təsir etdi...”

Bunu meyxanaçı Ələkbər Yasamallının anası Baku TV-yə müsahibəsində bildirib.

“Rəşadın atasının artıq-əskik sözlər danışması... Ayıbdır, adam elə sözlər deməz. Bizim ürəyimiz yaralıdır, qoyun biz danışaq. İskəndərə narkobaron deyirlər, evinə, yaşayışına baxarısınız... Hadisəni də Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir, xəstəxanaya (xaricdə-red) yerləşdirilib. Övladımla danışa bilməmişəm. Kimdən gözləsəydi, Rəşaddan gözləməzdi, hamımızın əzizi olub” – meyxanaçının anası qeyd edib.





up