Bakıda güclü yanğın başladı
11-11-2022, 00:17

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yanğın başlayıb.

AZİNFORM.AZ-a bu barədə FHN-dən bildirilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.






up