Aeroporta eniş edən təyyarəyə güllə atıldı
10-11-2022, 23:40

“Middle East Airlines” kompaniyasına məxsus təyyarə Livanın paytaxtı Beyrut hava limanına eniş edən zaman göyərtəsinə güllə dəyib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Məhəmməd əl-Xut məlumat verib.

O, təyyarənin İordaniyadan gəldiyini bildirib.

Belə ki, naməlum şəxslərin atdığı güllə hava limanına yaxınlaşan təyyarənin gövdəsinə dəyib. Təyyarənin göyərtəsində olan sərnişinlərdən heç biri xəsarət almayıb.






up