Gəncədə həyətdən 80 min manatlıq dəzgah oğurlandı
9-11-2022, 18:21

Gəncədə 80 min manatlıq dəzgah oğurlanıb.

Bu barədə AZİNFORM.AZ-a Daxili İşlər Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İidarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində yerləşən həyətyanı sahədən 80 000 manat dəyərində 6 ədəd daş kəsən dəzgah, 2 ədəd dəmir çardaq və 150 metr naqil oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini X.Əhmədova saxlanılıb. 





up