Azərbaycanlı bankirin azyaşlı oğlu Türkiyədə vəfat etdi - FOTO
7-11-2022, 12:49

Müalicə olunmaq üçün Türkiyəyə aparılan azyaşlı vəfat edib.

AZİNFORM.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, leykozdan əziyyət çəkən Eldar Əhmədov Türkiyədə dünyasını dəyişib. Onun nəşi noyabrın 5-də Bakıya gətirilib və dəfn edilib.

Qeyd edək ki, mərhumun atası Paşa Əhmədov banklardan birində şöbə rəisi vəzifəsində çalışır.







up