Ailəsinin gözü qarşısında timsah uşağı apardı
4-11-2022, 19:05

Kosta-Rikada timsah valideyinlərinin gözü qarşısında uşağa hücum edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə " The Tico Times" məlumat yayıb.

Məlumata görə, Limon əyalətində Matina çayının sahilində ailəsi ilə birlikdə dincələn uşaq çayda üzərkən yırtıcı ona hücum edib. Timsah oğlanı tutub və suyun altına qaçıb. Yerli sakinlərin sözlərinə görə, çayda çoxlu timsah yaşayır. Uşağın meyiti hələ tapılmayıb.

Qeyd edək ki, daha əvvəl də Hindistanın Odişa ştatında timsah 17 yaşlı qıza hücum edərək bacısının gözü qarşısında onu parçalayıb.





up