"Baksol" yolu bağlandı - Ərazidə dəhşətli tıxac var - VİDEO
2-11-2022, 21:49

Binəqədi rayonu ərazisində böyük tıxac yaranıb.

AZİNFORM.AZ xəbər verir ki, buna səbəb "Baksol" yolu kimi tanınan ərazinin təmirə bağlanmasıdır. 

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ərazidə xidmət apararaq hərəkəti tənzimləyir. 

Yol polisi sürücülərə müraciət edərək bildirir ki, sözügedən ərazidən istifadə etməsinlər.





up