Anasının skeleti ilə bir evdə aylarla yaşadı
2-11-2022, 17:22

Rusiyanın Moskva şəhərində 42 yaşlı kişi aylarla 76 yaşlı anasının skeleti ilə bir evdə yaşayıb.

AZİNFORM.AZ "REN TV" yə istinadən xəbər verir ki, meyiti oktyabrın 28-də aşkarlanan qadın, ilkin məlumta görə, 4 ay öncə ölüb, polisə isə evdən üfunət iyi gəldiyini hiss edən qonşular xəbər veriblər.

Meyitin üzərində zorakılıq izləri aşkarlanmayıb.

Ölən qadının oğlunun psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir. Hazırda o, psixiatrik xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.





up