7 aydır ondan xəbər yoxdur: AXTARIŞDA - FOTO
1-11-2022, 10:27

Qazaxda 58 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZİNFORM.AZ-a verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 58 yaşlı Oruc Nəsibovun bu il aprelin 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O. Nəsibovun boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.






up