Bakıda məktəbə gedən qız YOXA ÇIXDI
29-10-2022, 11:18

Bakıda yeniyetmə qız itkin düşüb.

AZİNFORM.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində qeydə alınıb. 17 yaşlı Alıyeva Səma Cəmiyyət qızı səhər saat 6 radələrində dərsə getmək adı ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bununla bağlı onun atası Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciətində bildirib.

Faktla bağlı həmin bölmədə axtarışlar keçirilir.





up