Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı İrakli Xaxubiya öz evində ölü tapılıb.
AZİNFORM.AZ xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində odlu silah aşkar ediblər.
Deputatın evində məhkəmə ekspertləri işləyir. İşin digər təfərrüatları hələlik məlum deyil.
Məlumata görə, oğlunun ölümündən sonra deputatın səhhətində problemlər yaranıb. 21 yaşlı Beka Xaxubia 2017-ci il mayın 17-də avtomobil qəzasında dünyasını dəyişib.
Qəza Qori magistralının bir hissəsində tunelin yaxınlığında baş verib. Patrul polisi əməkdaşları patrul xəbərdarlığına tabe olmadıqları üçün yük maşını ilə yolu bağlayıblar. Yük maşınına çırpılan Xakubiya hadisə yerində ölüb.
Xaxubiya məsələsində üç polisə qarşı ittiham irəli sürülüb. 2019-cu ildə məhkəmə onlardan birini təqsirli bilib.