Paytaxtda 35 yaşlı kişi iş yoldaşı qadının adına saxta profillər açaraq şəkillər paylaşıb, əxlaqsız kimi təqdim edib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Qanundan kənar" verilişində izləyicilərə məlumat verilib. Bildirilir ki, buna səbəb kişinin sevgisinin cavabsız qalması olub. Həmin şəxs qadının adına bir neçə səhifə açıb, mobil nömrəsi və fotolarını paylaşaraq əxlaqsız qadın kimi təqdim edib.
Şikayət əsasında kişi saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs xanımi sevdiyi üçün belə bir addımı atdığını bildirib. Kişi etdiyi əməldən peşman olduğunu deyib. /cebhe.info/