Bakıda bu istiqamətlərdə hərəkət məhdudlaşdırıldı
26-10-2022, 11:17

Yasamal rayonu Əsəd Əhmədov küçəsində magistral su xəttində baş vermiş qəza ilə əlaqədar yolun hərəkət hissəsinin çökməsi və həmin küçə ilə paralel olan digər yollarda hərəkət məhdudlaşdırılıb.

Bu barədə AZİNFORM.AZ-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib. 

O bildirib ki, hərəkət müvəqqəti məhdudlaşdırılıb: “Vətəndaşlardan, xüsusilə sürücülərdən xahiş edirik ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar görülən müvəqqəti tədbirlərlə əlaqədar bu istiqamətlərdə hərəkəti maksimum məhdudlaşdırsınlar”.





up