Meyxanaçı Elnur Valehin vəziyyəti kritik olaraq ağırdır.
Azinform.Az xəbər verir ki, bu haqda meyxanaçının sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, onun hər iki böyrəyi fəaliyyətini tamamilə dayandırıb. Həkimlərin meyxanaçının sağalması üçün hətta 14 gün vaxt qoyduqları da deyilir.
Onun təcili əməliyyat olunması lazımdır. Bunun üçün xalqımıza müraciət ünvanlanıb.