Bakıda yol hərəkəti qaydalarını pozan sürücü qəzaya səbəb olub.
AZİNFORM.AZ xəbər verir ki, hadisə Ağa Nematulla küçəsindəki tuneldə baş verib. "Qoşa xətt"in tələblərini pozaraq dönmə əməliyyatı edən "Toyota Prius" markalı avtomobilin sürücüsü qəzaya səbəb olub. Bu zaman qarşıdan gələn "Hyundai" markalı avtomobil "Prius"la toqquşub. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.