Baş nazirin müavini və general hadisə yerində
15-10-2022, 14:09

Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını subasma halı baş verib. Hazırda ərazidə gərginlik qalmaqdadır.

AZİNFORM.AZ-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Baş nazirin müavini Şahin Mustafayev əraziyə gəlib.

Bundan başqa Fövqəladə Hallar, Daxili işlər nazirliklərinin yüksək vəzifəli şəxsləri də qəza baş verən zonadadır.

Bakı-Qazax magistralını su basdığından şəhərin girişində böyük tıxac yaranıb. Lökbatan dairəsindən başlayan tıxac bir neçə kilometr uzanır.





up